Dubay beynəlxalq hava limanı yaxınlığında baş verən pilotsuz uçuş aparatı insidenti nəticəsində yanacaq infrastrukturunda yanğın baş verib. Bu barədə əmirliyin rəsmi qurumları məlumat yayıb.
Məlumata görə, yanacaq rezervuarlarından biri zədələnib və hadisə yerində hazırda fövqəladə xidmətlər işləyir.
Dubay hökuməti bildirib ki, Mülki Müdafiə qüvvələri hadisə yerinə operativ şəkildə gəlib və yanğının söndürülməsi ilə yanaşı ərazinin yoxlanmasına başlayıb.
“Dubay beynəlxalq hava limanı ərazisində pilotsuz uçuş aparatı ilə bağlı insident nəticəsində yanacaq rezervuarlarından biri zədələnib. Dubay Mülki Müdafiə qüvvələri hazırda yanğının söndürülməsi üzərində işləyir.”
İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Xidmətlər hazırda yanğının nəticələrinin aradan qaldırılması və insidentin səbəblərinin araşdırılması ilə məşğuldur.

