Omanda Dukm limanı pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Bu barədə “Al Jazeera” məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində yanacaq rezervuarı zədələnib, lakin xəsarət alan olmayıb. Limanın infrastrukturuna dəyən zərərin məhdud olduğu bildirilir.
Qeyd edək ki, 1 mart tarixində də Dukm limanına iki PUA hücumu edilmiş, həmin vaxt bir xarici işçi yaralanmışdı. Liman daha əvvəl ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən USS Abraham Lincoln aviadaşıyıcısına yük çatdırılması üçün istifadə olunub.
Bu arada 3 mart tarixində İranda İsfahan və Şiraz şəhərlərində partlayışlar baş verib. İsfahanda İranın nüvə obyektlərindən biri yerləşir. Daha əvvəl ABŞ və İsrail Natanzdakı nüvə kompleksinə zərbələr endirmişdi. Regional media yeni peyk görüntülərində obyekt ərazisində yerləşən iki tikilidə ciddi dağıntıların müşahidə olunduğunu yazır.

