Marşal Adaları bayrağı altında üzən “LMZ Pluto” yük gəmisi Murmanskdan Santa Martaya (Kolumbiya) gedərkən Norveç dənizində kömək siqnalı göndərib. Bu barədə NRK məlumat yayıb.
Norveç Sahil Administrasiyasının (NAIS) nümayəndəsi Anya Bakken bildirib ki, gəmi qəza siqnalı verib və kapitan ekipajın təxliyəsini istəyib.
“Gəmi ilə əlaqə saxlayırıq. Kapitan təxliyə tələb edib. Daha əvvəl mühərrik və enerji qurğusunda nasazlıq olduğu bildirilmişdi. Hava şəraiti də kifayət qədər pisdir.”
Məlumata görə, dənizçilərə kömək üçün iki helikopter göndərilib və yerli vaxtla axşam saatlarından sonra 23 nəfərlik ekipajın hamısı təhlükəsiz şəkildə təxliyə olunub.
“LMZ Pluto” 189,99 metr uzunluğunda və 32,26 metr enində olan balker tipli yük gəmisidir.

