UTair aviaşirkətinə məxsus, Dubaydan (BƏƏ) Moskvaya uçan təyyarə fövqəladə vəziyyət siqnalı verib. Bu barədə Baza məlumat yayıb.
Boeing 767-224 tipli hava gəmisi təxminən bir saat əvvəl Əl-Məktum hava limanından havaya qalxıb və saat 21:15-də Moskvanın Vnukovo hava limanına enməli idi. Lakin uçuş zamanı ekipaj 7700 kodu ötürüb ki, bu da bortda fövqəladə vəziyyət olduğunu göstərir. İlkin məlumata görə, qeyri-standart vəziyyət qalxışdan qısa müddət sonra yaranıb.
Hazırda təyyarə yanacağı azaltmaq üçün müəyyən olunmuş ərazi üzərində 10-dan çox dövrə vurur.
İlkin məlumatlara əsasən, bortda 200-dən çox sərnişin var.

