Meksikanın Nayarit ştatında turist avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib.
Hadisə nəticəsində 11 nəfər həyatını itirib, azı 16 nəfər yaralanıb.
Yerli prokurorluğun məlumatına görə, altı nəfər hadisə yerində ölüb. Digər zərərçəkənlər xəstəxanalara yerləşdirilib.
Yaralılar arasında 2 yaşdan 14 yaşadək ən azı dörd uşaq var.
Bütün zərərçəkənlərə təcili tibbi yardım göstərilir. Hadisə yerində xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.
Qəzanın səbəbləri hələ müəyyən edilməyib, araşdırma davam edir.

