Hindistanda şir dörd yaşlı qıza hücum edərək onu öldürüb. Bu barədə DeshGujarat nəşri məlumat yayıb.
Məlumata görə, uşağın qalıqları evindən təxminən 500 metr aralıda tapılıb.
Hadisə zamanı qız evin eyvanında oturub, anası isə kiçik övladı ilə məşğul olub. Bu zaman həyətə daxil olan şir uşağı tutaraq aparıb.
Qadın qonşularla birlikdə uşağı axtarsa da, onu xilas etmək mümkün olmayıb.
Yer sakinləri hadisəyə görə meşə departamentini məsuliyyətli hesab ediblər. Bildirilir ki, əməkdaşlar şiri tutaraq müvəqqəti olaraq yuxuya veriblər.

