İndoneziyada 35 yaşlı Cusmitavati adlı qadın timsahın hücumu nəticəsində həyatını itirib. Bu barədə Daily Mail məlumat yayıb.
Bildirilib ki, qadın rəfiqəsi ilə birlikdə çayda molyusk toplayarkən sahildən xeyli uzaqlaşıb. Elə həmin anda iri timsah ona hücum edib və qadını suyun altına aparıb.
Qadının rəfiqəsi kömək çağırıb. Hadisə yerinə qadının həyat yoldaşı və yerli sakinlər gəlib. Axtarış aparıldığı anda timsah özü sudan çıxıb və onun ağzında ağır xəsarətlər almış qadın olub. Yırtıcının cəsədi buraxması üçün ona atəş açılıb.
Cusmitavati sahilə çıxarılsa da, artıq onu xilas etmək mümkün olmayıb.

