Nigeriyanın Plato ştatında silahlı şəxslərin hücumu nəticəsində azı 14 nəfər öldürülüb.
Ölənlər arasında üç hamilə qadının da olduğu bildirilir.
Xarici KİV-in məlumatına görə, bölgəyə gələn silahlılar əvvəlcə ətrafdakı insanlara atəş açıblar, daha sonra isə evləri gəzərək sakinləri güllələməyə başlayıblar.
Hücum nəticəsində çox sayda insanın yaralandığı bildirilsə də, dəqiq rəqəm açıqlanmayıb.
Hadisədən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.
Hüquq-mühafizə orqanları vəziyyətin nəzarət altında olduğunu bəyan edib.
Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.
Qeyd olunur ki, Nigeria Nigeriya uzun illərdir silahlı dəstələrin, eləcə də Boko Haram “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP hücumlarından əziyyət çəkir.

