Nigeriyanın Borno ştatında İŞİD-in Qərbi Afrika qolu kimi tanınan ISWAP-ın silahlı hücumu nəticəsində 11 nəfər həyatını itirib. Yerli mediaya istinadən verilən məlumata görə, hücum Askira Uba bölgəsində baş verib, çox sayda insan yaralanıb.
Silahlı qruplaşma bölgəyə hücum edərək mülki şəxsləri hədəf alıb.
Hadisədən sonra Nigeriya ordusu ISWAP-a qarşı əməliyyatlara başlayıb. Rəsmi açıqlamada bildirilib ki, keçirilən əməliyyatlar zamanı 30 terrorçu zərərsizləşdirilib, onlarla silahlı şəxs yaralanıb.
Nigeriya uzun müddətdir ki, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən silahlı dəstələr, eləcə də Boko Haram və ISWAP kimi terror təşkilatlarının hücumları ilə üz-üzədir.

