Ucarda oğul anasını traktorla vuraraq öldürüb.
Yerli KİV-in məlumatına görə, hadisə Alpı kəndi ərazisində qeydə alınıb.
1989-cu il təvəllüdlü Ucar sakini Gündüz Yaqub oğlu Faxrətov "Belarus" markalı traktoru arxaya verərkən 1959-cu il təvəllüdlü anası Adilə Əkbər qızı Abbasovanı vurub. Ağır xəsarət alan A. Abbasova həyatını itirib.

