Ucarda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.
Denmedia.az xəbər verir ki, hadisə gecə saatlarında Bakı–Qazax magistral yolunun Ucar rayonunun Qaracallı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Göyçay rayon sakini, 1993-cü il təvəllüdlü Araz Ayaz oğlu Məmmədov idarə etdiyi “Chevrolet Cruze” markalı minik avtomobili ilə yolu keçmək istəyən piyada Ucar rayon sakini, 1962-ci il təvəllüdlü Zili Baba qızı Verdiyevanı vurub.
Ağır bədən xəsarətləri alan piyada elə hadisə yerindəcə həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Aqil Əsədov
Denmedia.az

