Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.
DenMedia.azreport-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb.
Məlumata görə, 5 yaşlı O. Zamanov yaşayış məntəqəsi ərazisində yerləşən su anbarına düşərək boğulub.
Uşağın meyiti sudan çıxarılaraq aidiyyəti qurumlara təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

