Hindistanın Telanqana ştatında faciəvi hadisə baş verib.
Times of India qəzetinin məlumatına görə, 32 yaşlı qadın iki övladını öldürdükdən sonra özünə qəsd edib.
Hadisə 13 iyun, şənbə günü Adavi Venkatapuram kəndində qeydə alınıb.
Məlumata görə, ölən uşaqlardan biri 6 yaşlı oğlan, digəri isə 4 yaşlı qız olub.
Hadisə yerində hüquq-mühafizə orqanları tərəfindən qeyd aşkar edilib. Uşaqların ölüm səbəbinin dəqiqləşdirilməsi üçün meyitlər məhkəmə-tibbi ekspertizaya göndərilib.
Faktla bağlı araşdırma aparılır.

