Türkiyənin Antalya şəhərində rusiyalı turistin meyiti aşkarlanıb.
“Turizm News” portalının məlumatına görə, hadisə Güzeloba rayonunda yerləşən üçmərtəbəli yaşayış binasının bağçasında baş verib.

Yerli sakinlər hərəkətsiz vəziyyətdə yerdə uzanan kişini görərək təcili yardım xidmətlərinə məlumat veriblər. Hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər.
Məlumata görə, ölən şəxs Rusiya vətəndaşı Sergey T. olub. O, iyunun 10-da Antalya hava limanı vasitəsilə Türkiyəyə gəlib. Meyit isə onun gəlişindən 12 gün sonra aşkarlanıb.

Cəsəd ölüm səbəbinin dəqiqləşdirilməsi üçün Antalya Məhkəmə-Tibbi Ekspertiza İnstitutuna göndərilib.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmanı davam etdirir. Rusiyalı turistin ölüm səbəbi hələlik məlum deyil.

