Yerevanda Rusiya vətəndaşının meyiti aşkarlanıb.
Bu barədə Life.ru məlumat yayıb.
Ermənistanda rusiyalı qadının müəmmalı ölümü: qadının meyiti Yerevandakı Botanika İnstitutunun yaxınlığında asılmış vəziyyətdə tapılıb. İlkin ehtimala görə, o öldürülə bilərdi, — məlumatda deyilir.
“Telegram” kanalının məlumatına görə, mayın 5-i axşam saatlarında mühafizəçi Açaryan küçəsində yerləşən Botanika İnstitutunun ərazisini gəzərkən Rusiya vətəndaşının asılmış meyitini görüb. Bundan sonra o, dərhal hüquq-mühafizə orqanlarına məlumat verib.
Hadisə yerində yerli İstintaq Komitəsi və polis əməkdaşlarının işlədiyi bildirilir. Hazırda araşdırma aparılır.

