Gürcüstanın Bolnisi bələdiyyəsinin Ayorta kəndindən olan 28 yaşlı Fərman Xəlilov Polşada faciəvi şəkildə həyatını itirib.
DenMedia.az xəbər verir ki, bu barədə 24news.ge məlumat yayıb.
Məlumata görə, gənc azərbaycanlı göldə çimərkən boğulub.
Bildirilir ki, Fərman Xəlilov bir müddət əvvəl işləmək üçün Polşaya gedibmiş.
Qeyd edək ki, son iki ay ərzində Polşada oxşar şəraitdə — göllərdə çimərkən Gürcüstan vətəndaşı olan daha 3 gənc həyatını itirib.

