Gürcüstanın Marneuli rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 10 yaşlı Eldar Hüseynov həyatını itirib.
Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə ilə əlaqədar 19 yaşlı gənc saxlanılıb və fakt üzrə yol hərəkəti qaydalarının və nəqliyyat vasitələrinin istismar qaydalarının pozulması maddəsi ilə istintaq aparılır.
Bildirilib ki, qəza Marneuli–Bolnisi avtomobil yolunda axşam saatlarında baş verib. Yüksək sürətlə hərəkət edən avtomobilin sürücüsü idarəetməni itirərək yolu keçən Eldar Hüseynovu vurub.
Zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

