Ermənistanın müxalif “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyan saxlanılaraq İstintaq Komitəsinə aparılıb.
Bu barədə Sputnik Ermənistan Tsarukyanın vəkili Yerem Sarkisyana istinadən məlumat yayıb.
Vəkilin sözlərinə görə, məhkəməyə Tsarukyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət təqdim olunacaq.
Müdafiə tərəfi siyasətçiyə qarşı irəli sürülən ittihamları “gülünc və absurd” adlandırıb. Sarkisyan bildirib ki, Tsarukyan çirkli pulların yuyulmasına yardım etməkdə və dələduzluqda ittiham olunur.
“Tsarukyan saxlanılıb, İstintaq Komitəsinə aparılır. Məhkəməyə onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət veriləcək”, - deyə vəkil qeyd edib.

