Ermənistanın Antikorrupsiya Məhkəməsi müxalif “Vətən” partiyasının baş katibi Xaçik Qalstyan barəsindəhəbs qərarı çıxarıb.
Bu barədə onun vəkili Sos Akopyan məlumat verib. Onun sözlərini TASS agentliyi yayıb.
Vəkilin bildirdiyinə görə, məhkəmə iki ay müddətinə həbs qətimkan tədbiri seçib.
“Məhkəmə qərarını açıqladı — iki ay həbs. Təbii ki, biz bu qərarı ədalətsiz və qanunsuz hesab edirik. Şübhəsiz ki, qanunla müəyyən olunmuş müddətdə ondan şikayət verəcəyik”, — deyə Akopyan vurğulayıb.
Qeyd olunur ki, Qalstyan barəsində Vaqarşapat icmasının ağsaqqallar şurasına keçirilən seçkilər zamanı rüşvət vermə faktı üzrə cinayət işi açılıb. Səsvermə prosesi 16 noyabr tarixində baş tutub.
Müxalif partiyanın baş katibi 30 dekabr gecəsi saxlanılıb. Həmçinin istintaqçılar onun evində axtarış aparıblar.

