Çinin şimal-qərbində yerləşən Qansu əyalətində torpaq sürüşməsi nəticəsində azı 5 nəfər həlak olub, daha 12 nəfər dağıntılar altında qalıb.
Bu barədə CCTV məlumat yayıb.
Hadisə Lunnan şəhərində dağ süxurunun uçması nəticəsində baş verib. Əraziyə xilasedicilər, həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məlumata görə, yerli hakimiyyət orqanları təhlükəli zonada yaşayan sakinlərin təxliyəsini təşkil edib və onların müvəqqəti yerləşdirilməsi təmin olunub.
Bundan əvvəl Myanmanın Kaçin ştatının Phakan dairəsində yerləşən tərk edilmiş nefrit və jadeit yatağında da süxur uçqunu baş vermişdi. Həmin hadisə nəticəsində 5 nəfər ölüb, daha 15 nəfər itkin düşmüş hesab olunur.

