Qaradağ rayonunun Qobustan qəsəbəsində torpaq sürüşməsi nəticəsində iki nəfər dağıntı altında qalıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumat əsasında bildirilib. Hadisə yerinə dərhal Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidməti cəlb olunub.
Məlumata görə, torpaq işləri aparılan zaman çökmə baş verib və iki nəfər torpaq altında qalıb.
Aparılan xilasetmə əməliyyatı nəticəsində bir nəfər sağ çıxarılıb, digər şəxsin meyiti isə dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisə ilə bağlı araşdırma aparılır.

