Filippinin mərkəzində yerləşən Sebu şəhərində zibil poliqonunda baş verən torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb, 26 nəfər isə itkin düşmüş hesab olunur. Bu barədə ABS-CBN News məlumat yayıb.
Məlumata görə, axtarış-xilasetmə əməliyyatı davam edir. Əməliyyata 300-dən çox xilasedici cəlb olunub, onlara Filippin Hərbi Dəniz Qüvvələrinin hərbçiləri də qoşulub.
Qeyd edək ki, Sebu şəhərindəki zibil poliqonunda torpaq sürüşməsi 8 yanvar tarixində baş verib. Hadisədən sonra ilk saatlarda dağıntılar altından 12 nəfər sağ çıxarılaraq xəstəxanaya yerləşdirilib.

