Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsində yerləşən iki mərtəbəli yaşayış binasında yanğın baş verib.
DenMedia.az lent.az-a istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin briqadaları cəlb olunub.
Operativ müdaxilə nəticəsində alovun ətraf ərazilərə və qonşu tikililərə yayılmasının qarşısı alınıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğının başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

