Salyan rayonunda yanğın hadisəsi qeydə alınıb.
DenMedia.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Şəkərli kəndində baş verib.
Yanğın yerli sakin Teyyar Şahbazova məxsus evdə baş qaldırıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Salyan hissəsinin əməkdaşları və texnikası cəlb olunub.
Yanğın söndürülərək alovun yaxın tikililərə yayılmasının qarşısı alınıb. Lakin 150 kvadratmetr sahəsi olan dördotaqlı ev yararsız vəziyyətə düşüb.
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

