Bakı–Quba yolunda sərnişin avtobusu yanıb
Denmedia.az xəbər verir ki, Bakı–Quba avtomobil yolunda 9 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda yanğın hadisəsi baş verib. Hadisə Saray postu ərazisində qeydə alınıb.
İlkin məlumata görə, yanğın zamanı avtobusun salonunda sərnişin olmayıb, xəsarət alan yoxdur.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri cəlb olunub. Yanğın qısa müddətdə söndürülərək ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Yanğının başvermə səbəbləri araşdırılır.

