Kiprdə üç yaşlı uşaq otel otağının pəncərəsindən yıxılaraq həyatını itirib.
Bu barədə “The Sun” məlumat yayıb.
İlkin məlumata görə, uşağın atası onu qucağında yelləyərkən saxlaya bilməyib və körpə yerə düşüb.
Hadisə iyulun 12-də Pafos yaxınlığındakı Xloraka bölgəsində baş verib. Uşağın atası və babası şam yeməyinə getmək üçün avtomobil gözləyərkən otaqdan çıxıblar.
Bu zaman atanın qucağında olan uşaq dördüncü mərtəbədə yerləşən açıq pəncərədən yıxılıb və ağır kəllə-beyin travması alıb.
Uşaq təcili xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hadisədən sonra ata saxlanılıb və ehtiyatsızlıqdan ölümə səbəb olmaqda ittiham olunub. Məhkəmə qarşısına çıxarılan şəxs göz yaşlarını saxlaya bilməyib.
İstintaq zamanı onun orqanizmində alkoqol aşkarlanmayıb. Uşağın ölümü ilə bağlı araşdırma davam edir.

