Almaniyada pitbul cinsli itin hücumuna məruz qalan 4 yaşlı qız uşağı həyatını itirib.
Almaniya mətbuatının məlumatına görə, hadisə Maqdeburq şəhəri yaxınlığında yerləşən Osternienburger Land bölgəsində baş verib.
Məlumata əsasən, ailəyə məxsus pitbul evdə olan 4 yaşlı qıza hücum edib. Ağır xəsarət alan uşaq həkimlərin bütün səylərinə baxmayaraq xilas edilə bilməyib.
Polisin açıqlamasına görə, itin həyatını itirən uşağın anasına məxsus olduğu və ailə ilə eyni evdə saxlanıldığı müəyyən edilib.
Hadisədən sonra it müsadirə olunaraq heyvan sığınacağına təhvil verilib.
Faktla bağlı araşdırma başlanılıb.

