Bakıda yol məhəccərinin aşması nəticəsində azyaşlı uşaq ağır xəsarətlər alıb.
Məlumata görə, hadisə Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində, uşaq səkidə olduğu zaman baş verib. Yol məhəccəri onun üzərinə aşıb və uşaq huşunu itirib.
Yaxınlıqda xidmətdə olan, mülki geyimli polis əməkdaşları dərhal müdaxilə edərək uşağı xidməti avtomobillə xəstəxanaya çatdırıblar. Xəstəxanada ona təcili cərrahi əməliyyat aparılıb.
Həkimlərin və polis əməkdaşlarının vaxtında gördüyü tədbirlər nəticəsində uşağın həyatını xilas etmək mümkün olub. Hazırda o, həkimlərin nəzarəti altındadır.

