Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanğınla bağlı məlumat nazirliyin “112” qaynar xəttinə daxil olub.
Hadisə yerinə dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Xilasedicilərin operativ müdaxiləsi nəticəsində alovun ətrafa yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə lokallaşdırılıb.
FHN hadisə ilə bağlı əlavə məlumat veriləcəyini açıqlayıb.

