Bakının Yasamal rayonunda, Həsən bəy Zərdabi prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Bu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri operativ şəkildə cəlb olunub. Nazirlik əməkdaşlarının vaxtında və peşəkar müdaxiləsi nəticəsində yaşayış binasının 13-cü mərtəbəsində ümumi dəhlizin eyvanında yaranan yanğın qısa müddətdə söndürülüb.
Yanğının mənzillərə və digər sahələrə yayılmasına yol verilməyib. Hadisə nəticəsində bir ədəd suqızdırıcı kombi yanıb, xəsarət alan olmayıb.
Mənzillər və bina tam şəkildə yanğından mühafizə olunub.

