Yaponiyanın Naqoya şəhərində 23 yaşlı qadın hündürlükdən düşən kişinin üzərinə düşməsi nəticəsində həyatını itirib.
Bu barədə The Mainichi nəşri məlumat yayıb.
Hadisə yerli vaxtla gecə saat 01:00 radələrində baş verib. Horanın İnamaba adlı qadın rəfiqəsi ilə küçədə gedərkən 12 mərtəbəli yaşayış binasından düşən 29 yaşlı Şinsey Taquti onun üzərinə düşüb.
Ağır xəsarətlər alan qadının həyatını xilas etmək mümkün olmayıb.
Hündürlükdən düşən kişi isə sağ qalıb. Onun hazırda xəstəxanada huşsuz və kritik vəziyyətdə olduğu bildirilir.
Polis hadisənin bütün təfərrüatlarını araşdırır.
Denmedia.az

