ABŞ-ın Ayova ştatında 74 yaşlı fermer taxıl bunkerində qalaraq həyatını itirib. Bu barədə People nəşri məlumat yayıb.
Hadisə ştatdakı fermalardan birində baş verib. Kişi təsadüfən taxıl bunkerinə düşüb və oradan çıxa bilməyib. Polis əməkdaşları hadisə yerinə çatanda zərərçəkən huşsuz vəziyyətdə olub və onun həyatını xilas etmək mümkün olmayıb.
Fermerin şəxsiyyəti və insidentin başvermə şəraiti açıqlanmır.

