Ucarda yol-nəqliyyat hadisəsi olub, xəsarət alanlar var.
DenMedia.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Alpı kəndindən keçən hissəsində baş verib.
Belə ki, Gəncə şəhər sakini, 2004-cü il təvəllüdlü Qasım Adıgözəlovun idarə etdiyi "Mercedes" markalı minik avtomobilini naməlum avtomobil arxadan vuraraq hadisə yerindən qaçıb.
Toqquşmadan sonra avtomobil yoldan çıxaraq əvvəlcə beton arakəsməyə daha sonra işıq dirəyinə çırpılıb.
Qəza zamanı avtomobildə olan sərnişinlər; Bakı şəhər sakini, 2005-ci il təvəllüdlü Tofiq Əsgərli və Gəncə şəhər sakini, 2003-cü il təvəllüdlü Mahir Ələsgərov müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.
Sürücünün dediyinə görə, gecə saatları olması səbəbilə onu vuran avtomobilin markasını görməyib.
Faktla bağlı araşdırma aparılır.

