Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Denmedia.az apa-ya istinadla xəbər verir ki, qəza gecə saatlarında Bakı–Qazax magistralının Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb.
Bərdə rayon sakini, 1992-ci il təvəllüdlü R.Mehdəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil velosipedçini vurub.
Velosipedçi aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.

