İstanbulda iki tramvayın toqquşması nəticəsində azı 11 nəfər xəsarət alıb.
Hürriyet nəşrinin məlumatına görə, hadisə şəhərin Zeytinburnu rayonunda, T1 tramvay xəttində baş verib.
İlkin məlumata əsasən, təxminən saat 20:15-də Pazartekke və Topkapı stansiyaları arasında iki tramvay üz-üzə toqquşub. Hadisə nəticəsində yaralanan şəxslər xəstəxanalara çatdırılıb.
Qəza ilə bağlı araşdırmaya başlanılıb. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar müəyyənləşdirilir.

