Çində baş verən partlayış nəticəsində ölən və yaralananlar var.
Xinhua agentliyinin polisə istinadən yaydığı məlumata görə, hadisə nəticəsində 17 nəfər xəsarət alıb.
Fövqəladə hadisə iyunun 11-nə keçən gecə Qunşi-Cjuan Muxtar Rayonunun Quilin şəhər dairəsinə daxil olan Sinan qəzasında baş verib.
İlkin araşdırma zamanı partlayışın məişət qazı sızması nəticəsində baş vermədiyi müəyyən edilib.
Hadisənin səbəbləri araşdırılır.

