Türkiyənin Kırıkkale–Samsun avtomobil yolunda sərnişin avtobusu yoldan çıxaraq aşıb. Qəza nəticəsində avtobusda olan 42 nəfərdən 40-ı xəsarət alıb.
Cumhuriyet qəzetinin məlumatına görə, hadisə Kimeski məhəlləsi yaxınlığında gecə saatlarında baş verib. İlkin məlumata əsasən, sürücü idarəetməni itirib, bundan sonra avtobus yoldan çıxaraq aşıb.
Hadisə yerinə dərhal xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Hüquq-mühafizə orqanları qəzanın səbəbləri ilə bağlı araşdırmaya başlayıb.

