İsmayıllı rayonunda güclü yanğın hadisəsi baş verib.
Denmedia.az xəbər verir ki, hadisə rayonun Həsənbəy Zərdabi küçəsində qeydə alınıb.
Belə ki, yanğın 34 yaşlı rayon sakini Qurbanov Kamal Vüqar oğluna məxsus, ümumi sahəsi 120 kvadratmetr olan avtomobil sexində başlayıb. Sex yanar konstruksiyaları ilə birlikdə yanaraq tamamilə yararsız vəziyyətə düşüb.
Hadisə yerinə dərhal İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa müddətdə nəzarətə götürülərək söndürülüb və alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.




Rafiq Həsənov
Denmedia.az

