Ucar rayonunda dörd otaqlı ev yanaraq külə dönüb.
Denmedia.az xəbər verir ki, hadisə rayonun Qazyan kəndində, 1962-ci il təvəllüdlü Xəlilova Zəminə Əli qızına məxsus olan ümumi sahəsi 200 kvadratmetrlik birmərtəbəli, dörd otaqlı evdə qeydə alınıb.
Alov qısa müddətdə evin hər tərəfini bürüyüb. Yanğın zamanı xəsarət alan olmasa da, ev içindəki əşyalarla birlikdə yanaraq külə dönüb.
Hadisə yerinə FHN-nin Ucar Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb edilib. Alov ram edilib və ətraf tikililərə keçməsinin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.

