Xəbər verdiyimiz kimi, Sumqayıtda ata öz oğlunu bıçaqlayıb. 28 yaşlı oğul bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hadisəni törətməkdə şübhəli bilinən zərərçəkənin atası, 71 yaşlı Nadir Novruzov polis əməkdaşları tərəfindən saxlanılıb. TƏBİB-dən isə bildirilib ki, 1998-ci il təvəllüdlü şəxs (kişi) 30.08.2026-cı il tarixində saat 20:20 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.
Qarın divarının açıq yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.
Məlumata görə, 28 yaşlı Təhmasib Novruzovla atası arasında mübahisə yaranıb. Mübahisə zamanı Nadir Novruzovun oğluna bıçaqla xəsarət yetirdiyi ehtimal olunur.
Hadisə barədə qonşular DenazTv-yə danışıb. Onların sözlərinə görə, Nadir Novruzov sakit təbiətli və zəhmətkeş insan olub. Oğlu da subay imiş və hər gün işə gedib gəlirmiş. Bu xəbər onları da dərindən sarsıdıb.
Faktla bağlı araşdırma davam etdirilir.

