Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsində iki qardaş xəsarət alıb.
Hadisə Goran qəsəbəsinə gedən avtomobil yolunda qeydə alınıb.
Zeyvə kənd sakini, 1996-cı il təvəllüdlü Nuravi Kərimovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Səfikürd kənd sakini, 1987-ci il təvəllüdlü İnarə Həsənovanın idarə etdiyi “Chevrolet” markalı avtomobil toqquşub.
Qəza zamanı Nuravi Kərimov və onun qardaşı, 1999-cu il təvəllüdlü Namiq Kərimov müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.

