Nepalda dağıdıcı daşqınlardan 11 gün sonra iki nəfər sağ tapılıb. Bu barədə The Kathmandu Post məlumat yayıb.
Xilas edilənlərdən birincisi Çin vətəndaşı olub. O, Rasuva rayonunda yerləşən Upper Trishuli-1 su elektrik layihəsinin tunelində ilişib qalıb. Zərərçəkən sonrakı tibbi yardım üçün hərbi kazarmaya aparılıb.
Xilasedicilər daha sonra 64 yaşlı yerli sakin Çandika Şresthanı da sağ tapıblar. Qadın qismən su basmış evin dördüncü mərtəbəsində aşkarlanıb.
Onu çıxarmaq üçün xilasedicilər divarı sındırmalı olublar. Qadına dərhal ilkin tibbi yardım göstərilib və su verilib.
Şresthanın vəziyyəti o qədər ağır olub ki, onu əllərində daşıyaraq təhlükəsiz əraziyə çıxarıblar.


Denmedia.az

