Türkiyədə xilasedicilər 80 yaşlı qadını qayalar arasındakı dərin yarğandan təxminən bir sutkalıq axtarışdan sonra xilas ediblər. Hadisə Antalya vilayətinin Serik rayonunda baş verib. Bu barədə Hürriyet qəzeti məlumat yayıb.
Məlumata görə, qadın şənbə səhəri keçiləri otarmağa gedib və axşam evə qayıtmayıb. Oğlu Mesut aidiyyəti qurumlara müraciət etdikdən sonra axtarışlara Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İdarəsinin əməkdaşları və jandarma qoşulub. Xilasedicilər əvvəlcə sürünü tapsalar da, qadının yeri yalnız bazar səhəri müəyyən edilib.
Nəşrin yazdığına görə, xilasedicilər onun səsini evindən təxminən üç kilometr aralıda eşidiblər. Qadın qayalar arasındakı yarğanda qalıb və təkbaşına çıxa bilməyib. Təxminən bir saatlıq əməliyyatdan sonra o, xilas olunaraq xəstəxanaya çatdırılıb.
Bildirilir ki, Şahin soyadlı qadının ayaqlarında sınıqlar aşkarlanıb.

