Meksikanın Meksika ştatında kilsənin yaxınlığında pirotexniki vasitələrin partlaması faciəyə səbəb olub.
“N+” telekanalının məlumatına görə, Santa-Mariya-Kançesda yaşayış məntəqəsində Məryəmin şərəfinə keçiriləcək dini bayram ərəfəsində baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 64 nəfər yaralanıb. Hadisə zamanı kilsənin yaxınlığında çox sayda insan olub.
Güclü partlayış kilsənin damının və ona bitişik divarın bir hissəsinin uçmasına səbəb olub. Bir neçə nəfər dağıntılar altında qalıb, hadisə yerinə xilasedicilər, yanğınsöndürənlər və tibbi briqadalar cəlb olunub.
Məlumata görə, 8 nəfər hadisə yerində həyatını itirib, daha 2 nəfər isə xəstəxanada ölüb. Yaralılar müxtəlif tibb müəssisələrinə yerləşdirilib, onlardan bəziləri ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Hadisənin dəqiq səbəbi araşdırılır. Meksika ştatının Baş Prokurorluğu faktla bağlı istintaqa başlayıb.
Denmedia.az

