Qvadelupanın Sent-Anne şəhərində Milad yarmarkasına gələn insanların üzərinə avtomobil sürülüb.
Telangana Today yazır ki, hadisə nəticəsində 10 nəfər həyatını itirib, daha 9 nəfər yaralanıb.
“Hadisə bələdiyyə binası və kilsənin qarşısında yerləşən Şelşer meydanında baş verib. Yaralılardan üç nəfərin vəziyyəti ağırdır. Hazırda qəzanın səbəbi araşdırılır, şahidlər sürücünün sükan arxasında özünü pis hiss etmiş ola biləcəyini ehtimal edir. Lakin faciənin dəqiq səbəbi hələlik məlum deyil.”
Hadisə yerinə yanğınsöndürənlər, həkimlər, polis əməkdaşları və şəhərin meri cəlb olunub. İstintaq davam edir.

