Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ baş verib.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 01:47-də qeydə alınıb.
Zəlzələnin ocağı 70 kilometr dərinlikdə yerləşib.

