Xəzər dənizində 3,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqi Bürosu məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 09:57-də qeydə alınıb. Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, son həftələrdə Xəzər dənizində seysmoloji aktivlik müşahidə olunur. Belə ki, aprel ayında Xəzərdə ümumilikdə 18 zəlzələ qeydə alınıb.

