Xəzər dənizində 3,1 maqnitudalı zəlzələ baş verib.
Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 08:55-də qeydə alınıb.
Yeraltı təkanların ocağı 18 kilometr dərinlikdə yerləşib.

