Rusiyanın Voronej vilayətində Mi-8 tipli hərbi helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində göyərtədə olan 3 nəfər həyatını itirib.
Bu barədə Lenta.ru nəşri məlumat yayıb.
Məlumata görə, helikopter Voronej şəhərindən təxminən 80 kilometr məsafədə yerləşən əkin sahəsinə düşüb.
Qəza nəticəsində helikopterdə olan pilot, şturman və atıcı həlak olub. Hadisədən sağ çıxan olmayıb.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil.
Rusiya rəsmiləri hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

