İranda helikopter qəzası baş verib.
Hadisə İsfahan şəhərində qeydə alınıb. Məlumatı Tasnim News Agency yayıb.
Bildirilir ki, helikopter şəhərdə yerləşən meyvə-tərəvəz bazarının yaxınlığında yerə çırpılıb. Qəzanın səbəbləri hələlik açıqlanmayıb.
Xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat verilməyib.

